Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində iyunun 15-də Rusiyanın “Terek”, 19-da isə Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp