Braziliya yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Neymar "CIES Football Observatory" (İdman Araşdırmala Mərkəzi) tərəfindən dünya futbolunun ən bahalı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada məlumat verilir.

Məlumatda bildirilir ki, forvardın hazırkı qiyməti 210,7 milyon avrodu.

İkinci pillədə İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Delle Alli qərarlaşıb – 155,1 milyon avro. Onun komanda yoldaşı Harri Keyn (153,6 milyon) isə ilk üçlüyü qapayır.

"Barselona"nın argentinalı forvardı Lionel Messi dördüncü (151,7 milyon), Madrid "Real"ının portuqaliyalı hücumçusu Kristiano Ronaldo isə 11-cidi (112,4 milyon).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp