"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Yann Andersson onu iyunun 13-də baş tutacaq Norveçlə yoldaşlıq görüşünə çağırıb. 

27 yaşlı Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək.

"Herakles"in hücumçusu bununla bağlı fikirlərini bildirib: "Bu şansa görə minnətdaram. Yığma komandaya dəvət almaq şərəfdi. Hər zaman ən yaxşısını etmək üçün çalışmışam. Özümü sübut etmək istəyirəm".

Qeyd edək ki, Armenteros "Qarabağ"da 2015/16 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Armenteros bu mösüm Hollandiya Eredviziyasında 19 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp