"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev önəmli qərar qəbul edib. Millimizdə baş məşqçi Robert Prosineçkiinin köməkçisi vəzifəsini icra edən mütəxəssis ayrılıq qərarı verib. O, bundan sonra fəaliyyətini yalnız "Neftçi"də davam etdirəcək.
 
Qeyd edək ki, Elxan Abdullayev ötən mövsümün gedişində "Neftçi"nin "sükanı arxasına” keçmişdi. O, iki vəzifəni icra etdiyi üçün çoxsaylı tənqidlərə məruz qalmışdı.
 
“Futbolinfo” da ötən həftə AFFA-nın baş katibi Elxan Məmmədovun ötən payız verdiyi vədi yadına salmışdı. Belə ki, Məmmədov qışda Abdullayevin 2 komandadan birini seçməli olacağını bildirmişdi. Bu “unutqanlıq” daha 6 ay davam etsə də, nəhayət, mətbuatın sözünü eşitdilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp