"Neftçi"nin sabiq futbolçusu Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib. Hadisə Pessallinin vətəni Braziliyada baş verib.
 
Onun idarə etdiyi "Audi" işıq dirəyinə çırpılıb. 26 yaşlı futbolçu hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan digər sərnişin isə ağır yaralanıb. İddialara görə, Pesalli dostu ilə ad günü tədbirindən gəlirmiş.
 
Pesallinin ölümünü formasını geyindiyi "Parana" klubu da təsdiqləyib: "Təəssüf hissi ilə bildirməliyik ki, oyunçumuz Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib".
 
Pesalli ötən mövsüm "Neftçi"dən "Parana"ya transfer olunmuşdu. O, "Neftçi"də 7 oyuna 1 qol vurmuş, həmçinin kubok matçında het-trik etmişdi.
 
19114586 1605615522824760 1058268764 n - Futbolinfo.az
19184183 1605615372824775 1522342799 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp