“Millidən öz istəyimlə getdim. Şimali İrlandiya ilə oyundan əvvəl AFFA rəhbərliyi və baş məşqçi Robert Prosineçkiyə müraciət edib, getmək istədiyimi bildirdim”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib (apasport).
 
47 yaşlı çalışdırıcı milli komandadakı fəaliyyətinə son qoyub. Yığmada Robert Prosineçkinin köməkçilərindən olan Abdullayev bundan sonra yalnız "Neftçi”nin baş məşqçisi vəzifəsində yer alacaq.
 
Bu haqda danışan mütəxəssis bildirib ki, millidən ayrılması “Neftçi”nin indiki vəziyyəti ilə bağlıdı: ”Yığmadan getməyimin səbəbi “Neftçi”nin hazırkı durumudu. Çünki komandanın vəziyyəti hamı kimi, məni də narahat edir. Bu səbəbdən də bütün diqqətimi kluba ayırmaq qərarına gəldim. İndi “Neftçi”də daha çox işləmək lazımdı. Prosineçki məndən xahiş etdi ki, Avstriya toplanışında iştirak edim, Şimali İrlandiya ilə matçdan sonra gedim. Uzun müddətdi ki, milli komandada işləyirdim. Mənə göstərdiyi etimada görə AFFA rəhbərliyinə minnətdaram. Azərbaycan yığması mənim üçün həmişə bir nömrəli komanda olaraq qalacaq. Bundan sonra “Neftçi”dəki işimlə milliyə kömək etməyə çalışacam”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp