İyunun 19-da İsveçrənin Nyon şəhərində avrokubokların püşkatma mərasimi keçiriləcək. Futbolinfo.az xəbər verir ki, burada təmsilçimiz “Qarabağın” Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə”nin isə Avropa Liqasındakı ilk rəqiblərinin kimliyinə aydınlıq gələcək. 

Artıq adıçəkilənlərdən üçünü mərasimdə təmsil edəcək klub rəsmisi bəllidi. Tədbirdə “Qarabağ” və “Qəbələ”ni müvafiq olaraq baş menecerləri Asif Əsgərov və Zaur Əzizov, “Zirə”ni isə icraçı direktoru Natiq İsmayılov təmsil edəcək. “İnter”də isə bu baxımdan qeyri-müəyyənlikdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp