Məlum olduğu kimi, “Qarabağ” Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırıdı. Futbolinfo.az xəbər verir ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. 

“Qarabağ” FK bu təcrübədən yararlanaraq loqosu üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. 

Ağdam klubunun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidi.

Klub bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp