İtaliyanın "Milan" klubu növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" "Portu"nun hücumçusu Andre Silvanı sıralarına qatıb.

Bu barədə Milanın eyniadlı təmsilçisinin rəsmi saytı məlumat yatıb. Artıq portuqaliyalı forvard bu gün Milana gələrək tibbi müayinədən də keçib. "Rossyonerlər"in bu transfer üçün 40 milyon avrosundan keçdiyi iddia olunur.

Portuqaliya millisinin üzvü olan Silva tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə qol çəkəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp