"Neftçi” PFK iki futbolçu ilə transferi rəsmiləşdirib. Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadla xəbər verir ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb. 

26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp