Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində yoxlama oyunları keçirilməkdədi. Futbolinfo.az xəbər verir ki, bu gün daha iki belə görüş baş tutub.

Belarus Yeni Zelandiya ilə üz-üzə gəlib. Denis Polyakovun 47-ci dəqiqədə vurduğu qol avropalılara minimal hesablı qələbə qazandırıb – 1:0.

Günün digər oyunu Latviya və Estoniya arasında baş tutub. Qarşılaşma estonların 2:1 hesablı qələbəsi ilə bitib. 22-ci dəqiqədə Davis İkaunyeks Latviyanı hesabda önə keçirsə də, fasilədən sonra meydana çıxan "Qəbələ"nin sabiq forvardı Sergey Zenyov 51-ci dəqiqədə estonların cavab qolunu vurub. 77-də Ats Purje ilə daha bir qol vuran Estoniya yığması meydandan əzmkar qələbə ilə ayrılıb. 

Bu oyunda vaxtilə ölkəmizdə çıxış etmiş Dmitri Kruqlov da 69-cu dəqiqədən etibarən Estoniyanın qələbəsi üçün çalışıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp