17 yaşadək futbolçulardan ibarət millimizin məşqçisi Vüqar Məmməd postundan ayrılmayacaq. O, Türkiyədən təklif alsa da, milli komandada qalmağa qərar verib.
 
Futbolinfo.az xəbər verir ki, gənc çalışdırıcı Türkiyə Superliqasını bu il tərk edən “Adanaspor”dan dəvət alıbmış. Qardaş ölkə klubunda idman direktoru postuna təyinat alan Asim İbrahimov onu yardımçı məşqçi kimi görmək istəyib. Amma AFFA rəhbərliyi onun paralel olaraq 2 komandada işləməsini məsləhət bilməyib, Vüqar da U-17-də qalmağı lazımlı sayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp