Futbol azarkeşləri UEFA Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər. Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, İstanbulun "Beşiktaş" komandasının hücumçusu Cenk Tosun ÇL-in ən yaxşı qolunun müəllifi olub.

Türk futbolçunun Lissabonun "Benfika" komandasının qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mandzukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.

"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub. 

Xatırladaq ki, UEFA bir neçə gün əvvəl də mövsümün 10 ən yaxşı qolunu təqdim etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp