İngiltərənin "Çelsi" klubu ilə baş məşqçisi Antonio Konte arasında fikir ayrılığı yaranıb. Futbolinfo.az xarici mətbuata istinadla xəbər verir ki, italiyalı mütəxəssis "Everton"un forvardı Romelu Lukakunun transfer edilməsini istəyir.

Qarşı tərəf isə bu keçidə görə 90 milyon avro tələb edir. Klub rəhbərliyi bir oyunçuya görə bu qədər məbləği itirmək istəmədiyindən Konte ilə münasibətlərdə sərinlik yaranıb. 

Qeyd edək ki, peşəkar karyerasına 2009-cu ildə Belçika "Anderlext"ində başlayan Lukaku 2011-ci ildə bu klubdan məhz "Çelsi"yə transfer olunmuşdu. 2014-cü ilə qədər Premyer Liqa təmsilçisinin heyətində çıxış edən oyunçu burada cəmi 10 oyuna çıxıb. Həmin müddətdə o, daha çox "Vest Bromviç" və "Everton"da icarə əsasında çıxış edib. 2014-cü ildə isə "Everton" belçikalı forvardın transfer hüququnu da alıb. İndi isə İngiltərə təmsilçisi sabiq oyunçusunu geri qaytarmaq üçün xeyli pulundan keçməlidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp