Fransanın "Olimpik" (Lion) klubu heyətinə yeni futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, lionlular braziliyalı müdafiəçi Fernando Markalla güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Transferin dəyəri 4,5 milyon avro ilə qiymətləndirilir.

Qeyd edək ki, Markal Portuqaliyanın "Benfika" klubuna məxsus olsa da, son mövsümü Fransanın "Genqam" klubunda icarə əsasında keçirib. Braziliyalı futbolçu daha öncə Türkiyənin "Qaziantepspor" klubunda da icarədə oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp