Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə Fransanın "Olimpik" (Lion) klubundan Matyu Valbuenanı alan İstanbul nəhəngi bu dəfə “Monako”nun futbolçusu Nabil Dirarla anlaşıb.

Artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, "Monako" ilə bu transferlə bağlı razılığa gəlinib. Yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir. Amma müqavilənin şərtləri barədə məlumat verilməyib.
 
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2012-ci ildən “Monako”da çıxış edir. O, karyerası ərzində “Vesterlo” və “Brügge” kimi komandalarda da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp