Sabah FİFA Konfederasiyalar Kubokunda yeni mövsümə start veriləcək. Futbolinfo.az xəbər verir ki, Rusiyada təşkil olunan beynəlxalq turnirin baş mükafatı uğrunda mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb.

İştirakçı kollektivlərə gəlincə, bunlar DÇ-2018-i qəbul edəcək Rusiya, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) yığmasıdı.

Sayca 10-cu dəfə keçiriləcək və 4 ildən bir təşkil edilən Konfederasiyalar Kuboku matçları Rusiyanın 4 şəhərində – Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) oynanılacaq.

1992-ci ildən bəri təşkil edilən Konfederasiyalar Kubokunu ən çox Braziliya millisi qazanıb. Son 3 yarışın çempionu olan “sambaçılar” ümumilikdə 4 dəfə bütün rəqiblərini üstələyiblər. Fransa 2, Argentina, Meksika və Danimarka isə hərəyə 1 dəfə kuboka yiyələniblər.

Yarışın təqvimi isə belədi:

A qrupu
Rusiya, Yeni Zelandiya, Portuqaliya, Meksika

17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
 
18 iyun
19:00. Portuqaliya – Meksika
 
21 iyun
19:00. Rusiya – Portuqaliya
22:00. Meksika – Yeni Zelandiya
 
24 iyun
19:00. Meksika – Rusiya
19:00. Yeni Zelandiya – Portuqaliya
 
B qrupu
Kamerun, Çili, Avstraliya, Almaniya
 
18 iyun
22:00. Kamerun – Çili
 
19 iyun
19:00. Avstraliya – Almaniya
 
22 iyun
19:00. Kamerun – Avstraliya
22:00. Almaniya – Çili
 
25 iyun
19:00. Almaniya – Kamerun
19:00. Çili – Avstraliya
 
Yarımfinal
 
28 iyun
1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi
29 iyun
2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi
 
3-cü yer uğrunda
 
2 iyul
16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu
 
FİNAL
 
2 iyul
22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp