"Qarabağ" bu gündən etibarən 2017/18 mövsümünün hazırlıqlarının ikinci mərhələsinə start verir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun heyəti günorta saatlarında Bakı-İstanbul- Zalsburq reysi ilə Avstriyaya yola düşüb.

Milli komandaların heyətlərində olan futbolçular iyunun 20-də düşərgəyə qoşulacaq. "Qarabağ"ın yerli vaxtla saat 18:00-da Zalsburqa çatması gözlənilir. Komanda ötən illərdə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp