Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Lukas Podolskinin Yaponiyanın “Vissel Kobe” klubuna keçidi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq.

Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib. Bu transfer üçün "Vissel Kobe"nin "Qalatasaray"a 2 milyon 600 min avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Lukas Podolski 2015-ci ildən "Qalatasaray"da çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp