İspaniya futbolunda maraqlı hadısiə baş verib. Futbolinfo.az xəbər verir ki, gənclər liqasında keçirilən "Serranos"un B komandası rəqibi "Benikalap"ın C komandasını 25:0 hesabı ilə məğlub edib. 

Qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi postundan qoulub. "Serranos"un idarəçilərindən olan Pablo Alsaide məsələ ilə bağlı açıqlama verib. O, böyükhesablı qələbənin rəqibə hörmətsizlik olduğunu qeyd edib:

"Rəqibimizə hörmət etməyimiz lazımdı. Bu nəticədən sonra baş məşqçimizlə yollarımızı ayırmaq qərarı verdik. Vəziyyətə nəzarət edə bilmədi".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp