Qazaxıstan milli komandasının sabiq futbolçusu Maksim Jalmaqambetov Azərbaycan yığmasından söz açıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi milli komadamızın artıq yüksəlişdə olduğunu qeyd edib. 

O, öz yığmasına Azərbaycanı nümunə çəkib: "Qazaxıstan artıq 15 ildi UEFA-dadı. Ancaq irəliyə doğru elə də əhəmiyyətli addım atmamamışıq. Göründüyü kimi, hamı artıq artırıb – Ermənistan, Azərbaycan… Hamı, bizdən başqa! Ümid edirəm ki, gec-tez biz də qələbə qazanmağa başlayacağıq".

Jalmaqambetov Azərbaycan yığmasına qarşı keçirdiyi oyunu da xatırlayıb. Təcrübəli müdafiəçi millimizlə oyundan meydandan qovulmasından danışıb. O bildirib ki, həmin  vaxt azərbaycanlı futbolçu onun üzünə tüpürüb və söyüb: “Mənimlə bağlı belə bir situasiya olmuşdu. Azərbaycanla matçda məni meydandan qovmuşdular. Həmin epizodda təxribat var idi. Rəqib məni tüpürdü və söydü. Dözməyib cavab verdim”,  

Qeyd edək ki, Jalmaqambetov 2007-ci ildə AÇ-2008-in seçmə mərhələ oyununda millimizlə matçda (1:1) qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp