2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş  Azərbaycan – Şimali İrlandiya oyununa bilet və Skybox satışından əldə olunan gəlir açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu oyunda 91165.00 AZN (ƏDV daxil olmaqla) gəlir əldə edib.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Onu da əlavə edək ki, millimiz bu görüşdə son dəqiqələrdə buraxdığı qolla 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp