Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı xeyli müddətdi gözlənildiyi kimi, Aykut Kocaman çalışdıracaq.

Klubun rəsmi saytının yaydığı məlumata görə, köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalanıb.

Qeyd edək ki, Kocaman 2010-2013-cü illərdə də "Fənərbaxça"nın baş məşqçisi olub. Son mövsümdə isə o, "Konyaspor"un "sükanı arxası"nda çalışırdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp