İtaliyanın "Milan" klubunun qapıçısı Canluici Donnarumma İspaniya "Real"ına keçməyə hazırdı. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Məlumatda bildirilir ki, bu transfer "kral klubu"na 30 milyon avroya başa gələcək.

Qeyd edək ki, Donnarummanın "Milan"la müqaviləsinin müddəti gələn il başa çatacaq. İtaliya klubu 18 yaşlı qapıçısına yeni anlaşma təklif etsə də, Canluici müqaviləsini yeniləməkdən imtina etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp