Son Azərbaycan çempionu "Qarabağ" bu gündən etibarən 2017/18 mövsümü üçün hazırlığın ikinci mərhələsinə start verib. Futbolinfo.az xəbər verir ki, günorta saatlarında Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq mənzil başına çatıb. 

Komanda ötən illərdə olduğu kimi, Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşıb. Axşam yeməyindən sonra futbolçular istirahətə çəkilib.

Qurban Qurbanovun yetirmələri sabahdan etibarən məşqlərə start verəcəklər.

Qeyd edək ki, "Qarabağ"ın milli komandaların heyətlərində olan futbolçuları iyunun 20-də düşərgəyə qoşulacaq.

7383 - Futbolinfo.az

15749g - Futbolinfo.az

15751g - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp