Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunda bu gün yarımfinal mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk olaraq son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Çili yığması adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah Almaniya Meksika ilə qarşılaşacaq.

FİFA Konfederasiyalar Kuboku
Yarımfinal

28 iyun 

Portuqaliya – Çili – 0:0 (penaltilər – 0:3)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp