Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Qarabağ" bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək Ağdam klubu Moskva “Dinamo”su ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. Lakin matçın 62-ci dəqiqəsində rəqibin heyətində Kirill Pançenko fərqlənməyi bacarıb. Matçın qalan dəqiqələrində ağdamlıların da bir neçə dəfə fərqlənmək şansı olub. Amma futbolçular bu fürsətlərdən yararlana bilməyiblər. Nəticədə matç rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Rusiya klubu ilə oyun Qurban Qurbanovun çalışdırdığı komandamızın Avstriyadakı üçüncü sınağıdı. “Qarabağ” daha öncə Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub. 

Yoxlama oyunu
28 iyun

“Qarabağ” – “Dinamo” (Moskva) – 0:1
Qol: Kirill Pançenko, 62.

“Qarabağ”: İbrahim Şehiç (Anton Kanibolotski, 46), Qara Qarayev, Maksim Medvedev (Abbas Hüseynov, 70), Rahid Əmirquliyev (Coşqun Diniyev, 46), Miçel, Dino Ndlovu (Turan Manafov, 83), Rəşad Sadıqov (Elvin Yunuszadə, 60), Əfran İsmayılov (Elşən Abdullayev, 75), Ansi Aqolli (Arif Daşdəmirov, 70), Ağabala Ramazanov (Mahir Mədətov, 46), Bədavi Hüseynov.

“Dinamo”: 1. Anton Şunin, 13. Sergey Terexov, 3. Sebasitan Holmen, 12. Dmitri Belorukov, 25. Aleksey Kozlov, 27. Samba Sov, 41. Aleksandr Sapeta, 8. Kiril Pançenko (Maksim Kuzmin, 64), 77. Anatoli Katrix (11. İvan Temnikov, 79), 7. Aleksey İonov (88. Aleksandr Tasaev, 75), 21. Fatos Beçiray.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp