Çempionlar Liqasının 2017/18 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində qitənin ən aşağı reytinqə malik 10 ölkənin çempionları mübarizə aparır.

Bu gün keçirilən sonuncu matçla 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. "Linfild" "La Fiorita" ilə ev oyunundan minimal hesablı qələbə ilə ayrılıb.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
 
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)

28 iyun

"Linfild" (Şimali İrlandiya) – "La Fiorita" (San Marino) – 1:0

27 iyun

"Alaşkert" (Ermənistan) – "Santa Koloma" (Andorra) – 1:0
"Hibernians" (Malta) – "Tallin" (Estoniya) 2:0
TNS (Uels) – "Europa" (Cəbəllütariq) 1:2
"Vikinqur" (Farer adaları) – "Trepça" (Kosova) 2:1

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp