Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə qarşılaşacaq Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqa oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Əvvəlcədən nə isə demək düzgün olmazdı. Sabahkı oyundan sonra konkret nə isə demək olar.

– Rəqibi təhlil etmisiz?
– Bundan öncə Azərbaycana gəlmişdik. “Dudelanj”ın baş məşqçisi olanda “Qarabağ”la qarşılaşmışdıq. Rəqibin hansı taktikadan istifadə edəcəyini təxmin edirik. 

– 3 futbolçunuzun işlə bağlı problemi var idi. Bu, bizim ölkədə maraqla qarşılandı. Demək olar ki, “Differdanj” yarımhəvəskar komandadı?
– Bir oyunçumuz gəlməyib. 

– Əsas heyət oyunçunuzdu. Bu, problem yaratmayacaq ki?
– Yox, bu, heç bir problem yaratmayacaq.

– Hava istidi. Bu, sizin komandaya əlavə çətinlik yaratmayacaq ki?
– Xeyr, biz bu cür havada oynamağa öyrəşmişik.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp