“Uzun müddətdi ki, oyuna hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost” qarşı mübarizə apara biləcəyik”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə “Mladost”la qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb. Gürcü mütəxəssis oyunun çətin keçəcəyini bildirib: 

“Bilirik ki, rəqibimiz yaxşı komandadı, yaxşı futbolçular cəmləşib. Bir neçə yeni oyunçu ilə gücləniblər. Sabah bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “pəncərədir” ki, oyunçu transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük, ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Biz necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp