Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası bu gün növbəti yoxlama matçını keçirib. 

Sözügedən klub Almaniyanın aşağı liqa təmsilçilərindən olan "Günnigfeld"lə qarşılaşıb. Oyun "Duysburq"un 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Erat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp