“Neftçi”nin daha bir rəqibi müəyyənləşib. Bakılılar Avstriya toplanışı çərçivəsində Asiya klubu ilə üz-üzə gələcək.
 
Futbolinfo.az xəbər verir ki, iyunun 24-də Bakıda hazırlığa başlayan “ağ-qaralar” bir ayı paytaxtda keçirəcək. İyulun 10-dək üçmərhələli hazırlıq reallaşdıracaq komanda daha sonra 4 sınaq matçına çıxacaq. Ayın 12-də “Kəpəz”lə qarşılaşacaq Elxan Abdullayevin yetirmələri 15, 19 və 22-si tarixlərində də yerli klublarla oynayacaq.
 
İyulun 24-də başlayacaq Kirxdorf (Avstriya) hazırlığı çərçivəsində də 3 sınaq matçı planlaşdırılıb. Dünənədək rəqiblərdən yalnız birinin adı bəlli idi. 26-da Almaniya “Şalke”siylə qarşılaşacaq bakılıların növbəti rəqibi də tanınan komandadı. Klubdan – adının açıqlanmasını istəməyən mənbədən aldığımız məlumata görə, iyulun 30-da “Əl Səəd”lə görüş razılaşdırılıb. Qətər təmsilçisi ilə oyun ayın 30-da reallaşacaq.
 
Avqustun 4-də toplanışı yekunlaşdıracaq “Neftçi” bundan 2 gün öncə daha bir matça çıxacaq. Rəqibin adı bəlli olmasa da, tanınan klublardan biri ilə qarşılaşmaq planlaşdırılır.
 
İtaliya “Torino”su ilə görüş isə baş tutmayacaq. Buna 2 komandanın hazırlıq planlarının üst-üstə düşməməsi səbəb olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp