“Neftçi”nin daha bir rəqibi müəyyənləşib. Bakılılar Avstriya toplanışına gedənədək qarşılaşacağı növbəti rəqibi müəyyənləşdirib.
 
Futbolinfo.az xəbər verir ki, iyunun 24-də Bakıda hazırlığa başlayan “ağ-qaralar” bir ayı paytaxtda keçirəcək. İyulun 10-dək üçmərhələli hazırlıq reallaşdıracaq komanda daha sonra 4 sınaq matçına çıxacaq. Ayın 12-də “Kəpəz”lə qarşılaşacaq Elxan Abdullayevin yetirmələri 15-də “Binə” ilə üz-üzə gələcək. Növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək komanda artıq yoxlama matçı üçün razılığını verib.
 
“Neftçi” iyulun 19 və 22-də də sınağa çıxmalıdı. Amma rəqiblər hələlik müəyyənləşməyib. Həmin vaxt ölkə daxilində hazırlıq keçən Premyer Liqa təmsilçisi olmadığından paytaxt klubu divizion klublarına möhtacdı. Lakin onlar da hələlik hazırlığa başlamayıblar və bu, işə əngəl törədir. Avrokuboklarda çıxış etməyən “Kəpəz”, “Səbail” və “Sumqayıt” iyulun əvvəlində xaricə gedəcək. Belədə “Neftçi”nin sınaq matçlarında əvəzedici heyəti ilə qarşılşması da mümkündü.
 
İyulun 24-də başlayacaq Kirxdorf (Avstriya) hazırlığı çərçivəsində də 3 sınaq matçı planlaşdırılıb. 26-da Almaniya “Şalke”siylə qarşılaşacaq bakılılar, 30-da “Əl Səəd”lə (Qətər) görüşəcək. Avqustun 4-də toplanışı yekunlaşdıracaq “Neftçi” bundan 2 gün öncə daha bir matça çıxacaq. Rəqibin adı bəlli olmasa da, tanınan klublardan biri ilə qarşılaşmaq planlaşdırılır.
Shares: