İngiltərənin "Sanderlend" klubuna yeni baş məşqçi təyin olunub. Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümdə Premyer Liqada sonuncu pilləni tutan və Çempionşipə yuvarlanan komandanı bundan sonra Saymon Qreyson çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb. Saymonun qarşısına komandanı yenidən Premye Liqaya qaytarmaq hədəfi qoyulub.
Qeyd edək ki, 2005-ci ildən məşqçiliyə başlayan Qreyson "Blekpul", "Lids", "Haddersfild" kimi klubları çalışdırıb. 48 yaşlı mütəxəssisin sonuncu iş yeri isə "Preston" olub.