İspaniyanın "Malaqa" klubu yarımmüdafiəçi Adrian Qonsalesi heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 

Maraq üçün qeyd edək ki, La Liqa təmsilçisini Adrian Qonsalesin atası Miçel çalışdırır. 54 yaşlı mütəxəssis bu il "Malaqa"ya baş məşqçi təyin olunub.

29 yaşlı Adriana gəlincə, o, 2015-ci ildən "Eybar"da forma geyinirdi. İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etmiş Qonsales əvvəllər Madrid "Real"ının B komandasında, "Selta"da, "Ximnastik"də, "Xetafe"də, "Rasinq"də, "Rayo Valyekano"da, "Elçe"də də oynayıb.

Shares: