Türkiyənin "Alanyaspor" klubu heyətinə yunanıstanlı futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, Alanya təmsilçisi yarımmüdafiəçi Yannis Maniatislə güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Maniatis son olaraq Yunanıstanın "Atromitos" klubunda çıxış edib. O, Yunanıstan yığmasında 47 oyun keçirib, 1 qola imza atıb.

Shares: