İngiltərə yığmasının hücumçusu Cermeyn Defonun yeni klubu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, o, yeni mövsümdən "Bornmut"da çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. 

Qeyd edək ki, Defo son mövsümü "Sanderlend"də keçirib. Lakin o, 2015-ci ildən formasını geyindiyi bu klubdan azad agent kimi ayrılıb.

35 yaşlı Defo karyerası ərzində ikinci dəfə "Bornmut"a qayıdıb. O, 2000/01 mövsümündə də bu klubun şərəfini qoruyub. Cermeyn "Çarlton", "Vest Hem", "Tottenhem", "Portsmut", "Toronto" kimi komandalarda da oynayıb.

Shares: