Qadınlardan ibarət U-21 milli komandamızın üzvü Manə Mollayeva karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, o, qonşu ölkənin yüksək liqasında çıxış edən "Kubanoçka" klubuna transfer olunub.
Bu barədə AFFA-nın "Facebook"dakı rəsmi səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.