İngiltərənin "Suonsi Siti" klubunun futbolçusu Fernando Lyorente istirahətdə olarkən əlini əzib. Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 32 yaşlı futbolçu istirahət zamanı veloyürüşə qatılıb. Bu zaman qəza keçirən futbolçu əlindən zədə alıb. 

İspaniyalı futbolçunun təxminən ay yarım yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Shares: