Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinal mərhələsi çərçivəsində Meksika ilə oyunda (3:0) dubla imza atan Almaniya yığmasının yarımmüdafiəçisi Leon Qoretska turnirin tarixinə düşüb. Futbolinfo.az xəbər verir ki, matçın 8-ci dəqiqəsində rəqib qapısından ikinci qolu keçirən "Şalke"nin futbolçusu Konfederasiyalar Kubokunun tarixində ən erkən dublun müəllifinə çevrilib.

Qeyd edək ki, Qoretskadan əvvəlki rekord İspaniya yığmasının sabiq hücumçusu Fernando Torresə məxsus idi. O, 2009-cu ildə Yeni Zelandiya ilə qarşılaşmanın 14-cü dəqiqəsində dublunu, 17-ci dəqiqəsində isə het-trikini rəsmiləşdirmişdi.

Shares: