Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun hücumçusu Andre Han "Hamburq"a keçib. Futbolinfo.az xəbər verir ki, bu barədə "dinozavrlar"ın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb. Lakin transferin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu geridə qalan mövsümdə Bundesliqada 30 oyuna çıxıb və 3 qola imza atıb.
O, 2008-ci ildən 2010-ci ilə qədər "Hamburq"un ikinci komandasında çıxış edib. Bir sözlə, Han özü üçün doğma olan kluba qayıdıb. "Hamburq"un ikinci komandasını tərk etdikdən sonra o, "Borussiya"ya qədər "Oberneuland", "Koblents", "Kikker Offenbax" və "Auqsburq"da da oynayıb.
Andre Han Almaniya yığmasında da 1 oyuna çıxıb.