Təbrizin “Traktorsazi” klubunun ongünlük Türkiyə toplanışı ləğv edilib. 

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi təlim-məşq toplanışını paytaxt Tehranda reallaşdıracaq.

Təbriz komandasının Türkiyə toplanışının ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, dəyişikliyin İran hökümətinin siyasi amillərlə əlaqədar təzyiqindən irəli gəldiyi bildirilir.

Qeyd edək ki, “Traktorsazi” hazırlıq məqsədi ilə iyulun 3-də Türkiyəyə səfər etməli idi. Təbriz təmsilçisinin orada “Beşiktaş” da daxil olmaqla, 3 yerli komanda ilə yoxlama matçı planlaşdırılmışdı. Report

Shares: