Türkiyənin "Qalatasaray" klubu növbəti transferlərini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, ötən gün fransalı hücumçu Bafetimbi Qomislə münasibətlərini rəsmiləşdirən "sarı-qırmızılar" bu gün Ukrayna "Dinamo"sundan alınan Yunes Belanda və Braziliyanın "San Paulo" klubundan transfer etdikləri Maykon Pereyra Roke ilə 4 illik müqavilə bağlayıblar.

"Qalatasaray" Belandanın transferi müqabilində Kiyev təmsilçisinə 8 milyon avro ödəyəcək. 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü isə hər il 3,35 milyon avro əmək haqqı alacaq. Eyni zamanda daha 2 milyon avro bonus nəzərdə tutulub. O, “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda, 500 min avro, Avropa Liqasının qrupuna düşəcəyi təqdirdə isə 250 min avro bonus əldə edəcək. Üstəlik, mərakeşli yarımmüdafiəçi iştirak edəcəyi matçlarda “sarı-qırmızılar”ın qazanacaqları hər bir xal üçün 5 min avro mükafat götürəcək.

d99504ff6acb4cfb9f4eccb3de2e1c26 - Futbolinfo.az

Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Belanda karyerasına 2007-ci ildə Fransa "Monpelye"sində başlayıb. O, "Dinamo"ya 2013-cü ildə keçib. Belhanda 2016-cı ilin yanvarında Almaniya "Şalke"sinə, həmin il avqustun 31-də isə Fransa "Nitsa"sına icarəyə verilib.

İstanbul nəhəngi Maykonun transferi müqabilində onun sabiq klubu "San Paulo"ya 7 milyon avro təzminat ödəyəcək. 29 yaşlı müdafiəçinin özü hər ilinə 2,2 milyon avro əmək haqqı alacaq. "Qalatasaray" hər dəfə Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinə adlayacağı, eləcə də futbolçu hər mövsüm 25-dən çox qarşılaşmada iştirak edəcəyi təqdirdə əlavə bonuslar qazanacaq. Bundan başqa, “Qalatasaray” Superliqa və avrokuboklarda əldə edəcəyi hər xala görə, Maykona 4 min avro ödəyəcək.

9bfc8480603f41b689ce09920a111b78 - Futbolinfo.az
 
Qeyd edək ki, “Kruzeyro”nun yetirməsi olan Maykon daha öncə Avropada Portuqaliyanın “Nasional” (2008-2009) və “Porto” (2009-2016) klublarında çıxış edib.

 

Shares: