İngiltərə Premyer Liqasında mübarizə aparan "Haddersfild" avstraliyalı futbolçu Aaron Muyu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsümü icarə əsasında məhz bu komandada keçirən yarımmüdafiəçi müqavilə ilə "Mançester Siti"yə məxsus idi.
Lakin "Haddersfild" rəhbərliyi geridə qalan mövsümdə 45 oyunda iştirak edib, 4 qola imza atan futbolçunun performansından razı olduğu üçün onun sabiq klubuna 10 milyon funt ödəyərək, transfer hüquqlarına da yiyələnib.
Qeyd edək ki, Avstraliya yığmasının da şərəfini qoruyan 27 yaşlı futbolçu "Bolton Uonderers"in yetirməsidi. O, həmçinin Şotlandiyanın "Sent-Mirren", Avstraliyanın "Vestern Sidney Uonderers", "Melburn Siti" klublarında da çıxış edib.