Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”a “Dinamo”yla (Moskva, Rusiya) yoxlama matçından sonra bir günlük istirahət verilmişdi. Futbolinfo.az xəbər verir ki, ağdamlılar istirahətin ardından bu gün məşqləri bərpa ediblər.
Günün ilk çalışması fitnes zalında baş tutub və yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb.
Yerli vaxtla saat 19:00-da start götürən günün ikinci məşqi meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Futbolçular topla çalışmalara üstünlük verilib.
“Dinamo”yla yoxlama matçında zədələnərək meydanı yarımçıq tərk edən hücumçu Dino Ndlovu isə bugündən etibarən yüngül məşqlərə başlayıb. Daha iki futbolçu – Dani Kintana və Riçard Almeyda isə fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib.