21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Polşada təşkil olunan Avropa Çempionatı başa çatıb. Futbolinfo.az xəbər verir ki, AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb. 

Finalın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.

Bu, Almaniyanın U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.

U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda isə İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.

Shares: