Mərdəkanda təlim-məşq toplanışında olan “Səbail” sabah ilk sınaq matçına çıxacaq. Samir Əliyevin yetirmələri Sumqayıtda yerli komanda ilə qüvvəsini sınayacaq.
Futbolinfo.az xəbər verir ki, “Dalğa Arena”da qonaq olan debütantın hazırlığı iyulun 3-də yekunlaşacaq. Ayın 8-də “Sumqayıt”la daha bir sınaq matçından sonra komanda Türkiyəyə yollanacaq və hazırlığın son nərhələsi başlayacaq.
Əliyev oyunçu axtarışlarını da davam etdirir. Daha 2-3 futbolçu transfer etmək istəyən gənc çalışdırıcı xüsusilə1996-cı il təvəllüdlü oyunçu axtarışındadı. Premyer Liqada tətbiq olunan limit üzündən heyətdə bir neçə belə futbolçuya ehtiyac var və Samir bəy də işini etibarlı tutmaq niyyətindədi.