Azərbaycan milli komandasının futbolçusu Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək. Bu barədə məlumatı FİFA meneceri Vaqif Heydərli verib (apasport).
 
O bildirib ki, meneceri olduğu Nəsirov ötən il keçdiyi Lissabonun “Sportinq” klubu ilə yeni müqavilə imzalayıb. Anlaşmaya görə, Budaq daha bir il Portuqaliya klubunda çıxış edəcək.
 
Qeyd edək ki, karyerası ərzində “Turan”, “Araz Naxçıvan”, “Sumqayıt” və “Kəpəz”də oynamış 21 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Sportinq”ə keçib. Ölkəmizin U-17, U-19, U-21 və əsas yığmalarında oynamış futbolçu Lissabon təmsilçisinin B komandasında Portuqaliya çempionatının aşağı liqasında 20 matç keçirib və 1 qol vurub.
Shares: