Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" Bakıya qayıdıb. Futbolinfo.az xəbər verir ki, Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində iyunun 29-da səfərdə Serbiya "Mladost"u ilə qarşılaşan Bakı klubu bu gün səhər saatlarında vətənə dönüb. 

Baş məşqçi Zaur Svanadze futbolçulara 1 günlük istirahət verib. Komanda iyulun 2-də yenidən bir araya gələrək, "Mladost" qarşı keçiriləcək cavab matçına hazırlaşacaq.

Xatırladaq ki, "İnter" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə "Mladost" komandasıyla qarşılaşıb və rəqibin qapısından üç cavabsız qol keçirib. Cavab görüşü isə iyulun 6-da baş tutacaq.

Shares: