İngiltərənin "Suonsi Siti" klubunun hücumçusu Borxa Baston yenidən İspaniya çempionatına qayıdıb. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunu "Malaqa" klubu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda Bastonla 1 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, "Suonsi Siti" ötən il ispaniyalı forvardı 15,5 milyon funt-sterlinqə "Eybar"dan almaqla tarixinin ən bahalı transferinə imza atmışdı. Madrid "Atletiko"sunun yetirməsi olan forvard ölkəsində "Mursiya", "Hueska", "Deportivo" və "Saraqosa"da da top qovub.

"Malaqa" Bastonla yanaşı 24 yaşlı qapıçı Andres Prietonu da heyətinə qatıb. "Espanyol"un qolkiperi ilə 2 illik müqavilə imzalanıb. Madrid "Real"ının yetirməsi olan futbolçu "Kastilyo"da da çıxış edib.

borja baston nuevo jugador del malaga cf malagacf - Futbolinfo.az

662x372a 04181728destacada ingl s - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp